Bu şəxslər mənzil alanda pulun 15 faizini dövlət ödəyəcək


Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev  “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Sozcu.info bildirir ki, fərmanda hərbçilərin mühüm problemlərindən biri olan mənzil məsələsi də öz əksini tapıb.

Fərmana görə, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin.



Oxşar Xəbərlər

Xəbər lenti