Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Ötən il məişət zorakılığı zəmnində 52 qadın öldürülüb. 2021-ci ildə isə bu say 46 nəfər olub”.
Sozcu.info xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deputat Siyavuş Novruzovun fikirlərinə cavab olaraq məlumat verib.
“Sadəcə qadın ölümləri ilə bağlı məsələlər geniş müzakirə olunur. O qədər çox müzakirələr aparılır ki, bizə də elə gəlir hər gün 7 qadın öldürülür. Düşünürəm ki, zorakı kişilərlə bağlı tədbirlərin görülməsinə ehtiyac var”, - deyə komitə sədri əlavə edib.
Qeyd edək ki, Siyavuş Novruzov çıxışında araşdırma apardığını və hər gün mətbuatda 2-7 qadının öldürülməsi faktına rast gəldiyini bildirib. Deputat orta hesabla ildə 1000-dən çox qadının öldürüldüyünü qeyd edib.
bizim.media