Tanınmış jurnalistin ölkədən çıxışına qadağa qoyuldu


Türkiyənin İstanbul Prokurorluğu tanınmış jurnalist Fatih Altaylını ifadə verməyə çağırıb.

Sozcu.info xəbər verir ki, sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə Altaylı ifadə verib.

Ondan “cinayəti və cinayətkarı tərifləmək” və “ictimaiyyətin bir hissəsini açıq şəkildə kin və düşmənçiliyə sövq etmək və alçaltmaq” ittihamları ilə ifadə alınıb.

Təxminən 1 saatlıq ifadədən sonra Fatih Altaylının ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.

Altaylı həmçinin ədliyyə nəzarətinə verilib.

Modern.az



Oxşar Xəbərlər

Xəbər lenti