27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
Paytaxda yerləşən “ADA” Universitetinin yeni korpusu üçün tikinti işinin aparılması məqsədi ilə Bakı şəhəri, Nərmanov rayonu, Tələt Şıxaəliyev 18 ünvanında yerləşən evlər kompensasiya qarşılığında vətəndaşlardan alınır. Vətəndaşlara verilən kompensasiya ilə bağlı narazılıqlar yaranıb. Məlumata görə söküntü işinə nəzarət edən Nərmanov rayon icra başçısının keçmiş birinci müavini Şahmar İbadov vətəndaşlara “ADA” Universiteti adından hədə-qorxu gələrək, istdəyi kompensasiyanı ödəyir. Bununla bağlı bir video müraciəti diqqətinizə çatdırırıq.
Bəs kimdir bu Şahmar İbadov? Uzun illər Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş İbadov hazırda Prezident Adminstrasiyasının İşlər İdarəsində sektor müdiri vəzifəsində çalışır. Şahmar İbadov var-dövləti ilə seçilən məmurlardandır. Onun obyektləri və özünə tikdirdiyi villalar buna misal ola bilər. Məsələn qalmaqallarda adı hallanan “Ariva” hotelin, Nərimanov rayonunda “Çanaqqala”, “Pürrəngi”, Nərimanov parkının içində yerləşən obyektlərin onun təsir dairəsində olduğu bildirilir. Onu da qeyd edək ki, cənab İbadov biznes fəaliyyətinə hələ 90-cı ilin əvvəllərində Binəqədidə (“pasyolka kirov”da) başlayıb. Kifayət qədər geniş maddi imkanlara malik olan İbadovun adı ölkədəki FETÖ şəbəkəsi ilə də hallanıb.
Bununla bağlı GundemXeber.az bildirir ki, Şahmar İbadovun Gülənin Azərbaycanda fəaliyyət göstərən “komandasının” rəhbərlərindən birinın olması ilə bağlı hətta türk mətbuatı da geniş məqalə dərc etmişdi. Bundan başqa Şahmar İbadovun Elnur Aslanov və Ceyhun Osmanovla ilişkilərinin
olması da artıq sübut olunub.
Parlament sədrinin köməkçisi vəzifəsindən, Nərimanov İcra Hakimiyyətinə şöbə müdiri təyinatı və ən qısa zamanda icra başçısının I müavini təyin olunması, burdan uzaqlaşan kimi isə Prezident Adminstrasiyasında vəzifə alması da onun hansısa qüvvələr tərəfindən himayə olunduğunu düşünməyə əsas verir. Bu imkanlar qalmaqallı məmurun övladlarına təsir edib. Şahmar müəllimin oğlu Elmar İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib.
Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi ona tam bəraət alıb. Hakim Məhəmmədəli Rzayevin məhkəmə-hüquq sisteminin tarixinə “qızıl” hərflərlə “imza” atdığı bu qərara Şahmar İbadovun zərərçəkmişin ailəsinə hədiyyə etdiyi təzə avtomobil mühüm rol oynayıb. Şahmar İbadovun o biri Totu ləqəbli oğlunun isə 555 qeydiyyat nişanlı milyon manatlıq avtomobil kolleksiyası var. Bir sözlə, Şahmar İbadov və oğlanları bu məmləkətdə nə lazımdırsa edirlər. Bunlar üçün qayda-qanun-zad kağız üstündədir. Məlumata görə qalmaqallı tarixçəyə malik İbadov rayonların birinə icra başçısı və ya nazir müavini getməyə hazırlaşır.
GundemXeber.Az