26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.
Sozcu.info xəbər verir ki, bu barədə Report-a İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.
O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb:
“Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.