8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını axtarışa verdiyini təsdiqləyib.Sozcu.info xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi Narek Sarkisyan News.am-a açıqlama verib.“Qətl ittihamı ilə adı çəkilən şəxsə qarşı dövlətlərarası axtarış başlayıb”, - N. Sarkisyan bildirib.Xatırladaq ki, tanınmış bloger, fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. O, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.