Bakıda mühüm tədbir başladı


Bakıda Asiya Parlament Assambleyasının (АPА) 14-cü plenar sessiyasının açılış mərasimi keçirilir.

Sozcu.info xəbər verir ki, sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və АPА-nın yekun hesabatı qəbul ediləcək.



Oxşar Xəbərlər

Xəbər lenti