8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"İslam dinində meyit yandırılmalıdır, yaxud dəfn edilməlidir deyə qayda qoyulmayıb".
Sozcu.info xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında din təbliğatçısı Elşad Miri Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cəsədinin yandırılması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
Elşad Miri əlavə edib ki, meyit yandırılsa da, yandırılmasa da, müsəlman olsa da, olmasa da, təyyarə qəzası keçirib külü belə tapılmasa da, o biri dünyada Allah insanları təkrar yaradacaq:
"Onlar yaşadığı zaman etdiyi əməllərinə görə cavab verəcəklər. Xalq artistinin cəsədinin yandırılmasına Azərbaycanda nə deyəcəklər ki? Deyəcəklər ki, meyiti niyə yandırdınız? Neyləyəcəklər? Buna görə onun doğmalarını öldürəcəklər? Burada qəbahətli heç nə yoxdur. Bu, adət-ənənə ilə bağlı məsələdir. Ona qalsa, bu gün dünyanın yarıdan çoxu öz yaxınları dünyasını dəyişəndə nəşini yandırmaqla məşğuldur".
Elşad Mirinin sözlərinə görə, bu gün Avropanın özündə xristian olub-olmamasından asılı olmayaraq dünyasını dəyişənlər vəsiyyət edirlər ki, vəfatlarından onların nəşi yandırılsın.
Qeyd edək ki, bir neçə gün öncə Almaniyada vəfat edən Azərbaycanın və Tacikistanın Xalq artisti Leyla Şərifovanın cəsədinin yandırılması ilə bağlı yaxınları məlumat yayıb.