8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə icraçı direktorun müavini təyin olunacaq.
Sozcu.info xəbər verir ki, təyinatın yaxın günlərdə həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Mərkəzdə əvvəllər icraçı direktorun müavini postu mövcud olmayıb. Ötən gün Nazirlər Kabinetinin qərarı ilə bu vəzifə təsis edilib. Mərkəzin işçilərinin say həddi 20-dən 21-ə qaldırılıb. Yeni qərarla müavinin aylıq vəzifə maaşı isə 2458 manat müəyyənləşib.
Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ildə yaradılıb. Mərkəz azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
İqtisadiyyat.az