8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Ekoloji təhlükəsizlik, ictimai nəqliyyatın atmosferə zərərli tullantılarının azaldılması bu sahənin əsas prioritetlərindən biridir. Belə ki, Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb. Elektrik avtobusu “BakuBus”ın istismarında olan 5 nömrəli marşrut xəttində hərəkət edir”.
Sozcu.info xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, uzunluğu 24,4 km olan marşrut xətti 20-ci Sahə - Nərimanov istiqamətini əhatə edir.
Məlumat üçün bildiririk ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin “ZhongTong Bus” şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusunun uzunluğu 12 metrdir. 34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.
Test müddətində elektrik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq.
Testin nəticələrinə əsasən elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.
***Bakıda yeni elektrik avtobusu istifadəyə verilib.
Oxu.az-ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb.
Qeyd edək ki, sərnişin avtobusu Çinin “Zhongtong” şirkətinin istehsalıdır.