27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Biz Novruz bayramını illərdən bəri qeyd edir vəadət-ənənələrimizi nəsildən nəsilə ötürüb çatdırırıq.Düşünürəm ki, hər bir xalqın milli dəyərlərini qorunmasında bütün xalq əhalisi ilə bərabər həmin xalqın lideri olmaq missiyasını daşıyan tarixi şəxsiyyətində üzərinə böyük məsuliyyət düşür və biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev kimi liderimiz olmuşdur. Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi qeyd etmək lazımdır. Eləməhz Ulu Öndərin xeyir-duası ilə illərdir Novruz bayramı rəsmən bayram olaraq qeyd olunur. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramınıbir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə dəolacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”Müzəffər Ali Baş Komandan, cənab Prezidentİlham Əliyevin uğurlu siyasəti ilə başlanmış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində biz tam Qələbəni əldə etdik və Ordumuz doğma torpaqlarımızı işğaldan azad edərək bizə bu günartıq həmin ərazilərdə Novruz bayramını qeyd etmək qismətini bəxş etdi.
Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmişUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlər arası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz mənim ən sevdiyim bayramımdır. Bu bayramda hər birimiz deyir, gülür, əylənir, birgə xoşanlar keçiririk. Keçəl və kosanın tamaşaları Novruzaayrı bir gözəllik qatır. Arzu edirəm ki, Novruzbayramı gəlişi ilə hər birimizə xeyir və bərəkətini gətirsin. Mən çox sevinirəm ki, işğaldan azad edilmiş Qarabağda Novruz bayramı tədbirləri keçirilir. Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, hər birimizin ocağında bol-bol ruzi bərəkət olması diləyi ilə bir daha söyləyirəm BAYRAMINIZ MÜBARƏKDİR!
Əfsanə Əliyeva
Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin müəllimiSozcu.info