SON DƏQİQƏ! Fərman imzalandı: Bu gündən... - ŞOK


Rusiya prezidenti Vladimir Putin Ukrayna cəbhələrinə əlavə əsgər göndərmək üçün “yaz çağırışı” adı altında 150 min nəfərin hərbi xidmətə cəlb edilməsi haqqında fərman imzalayıb. Çağırış aprelin 1-dən başlayacaq və iyulun 15-dək davam edəcək.

Sozcu.info xəbər verir ki, Putinin fərmanını təhlil edən hərbi ekspertlər bunun gizli səfərbərlik olduğu qənaətindədirlər.

Moskvanın ABŞ və Qərbin Ukraynaya kifayət qədər silah yardımı edə bilməməsindən istifadə etmək istədiyi də düşünülür.

Silahlandırılacaq şəxslər təkcə hərbi yaşda olan gənclərdən ibarət olmayacaq. Fərman hərbi xidmət haqqında qanuna edilən əvvəlki dəyişikliklə ilk dəfə olaraq 30 yaşa qədər kişiləri də əhatə edəcək. O da qeyd olunur ki, qulluğa qəbul olunacaq 18-30 yaş arası kişilər bir il müddətində hərbi xidmət keçəcəklər.

Putinin cəbhədəki əsgərlərin sayını artırmaq qərarı Rusiya qüvvələrinin yeni hücuma başlamaq planları ilə əlaqələndirilir. Ukrayna hərbi kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiya ordusu yazda iki yeni korpus yaradacaq və şərqdəki Xarkov şəhərinə yürüş edəcək. Xarkovdan başqa, cənubda Odessaya doğru yeni rus hücumu da gözlənilir.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti