Azərbaycanda tibb kollecləri bağlana bilər? – Ekspertdən AÇIQLAMA

Azərbaycanda tibb kollecləri bağlana bilər?
Bilidiyniz kimi, Bakıda Türkiyə-Azərbaycan Universiteti (TAU) fəaliyyətə başlayır. Gələcəkdə burada tibb bacısı (qardaşı) ixtisasının tədris ediləcəyi gözlənilir. Bəs Tibb universiteti ilə yanaşı digər universitetlərin də bu istiqamətdə kadr hazırlığına başlanması kolleclərdə tibb bacısı (qardaşı) ixtisasının ləğvinə səbəb ola bilərmi?

Bu sualı cavablandıran təhsil eksperti Elçin Əfəndi Sonxeber.az-a açıqlamasında bildirib ki, bu ixtisası kolleclərdə ləğv etmək əvəzinə, tibb bacısı (qardaşı) ixtisasının tədrisinə daha ciddi yanaşmaq lazımıdr:

"Peşəkar kadr hazırlığı üçün kolleclərdə tədris şəraiti yaxşılaşdırılmalıdır. Kadrların praktiki təcürbə keçməsi təmin olunmalıdır".

Ekspert Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranın tibb bacısı (qardaşı) ixtisasının təhsil müddətinin 4 ilədək uzadılması təklifinə də münasibətini bildirib:

"Müddətin uzadılması bu sahədə kadr hazırlığında müsbət nəticə verməyəcək. Bunun əvəzinə, tədris edilən fənlərin sayı azdılmalı və ixtisasla əlaqəli olmayan fənlər çıxarılmalıdır".

Elçin Əfəndi TAU-nun fəaliyyətə başlamasının Azərbaycandakı digər universitetlərin inkişafına təsirindən də söz açıb:

"Türkiyə-Azərbaycan Universitetinin rəqabətə meyilli fəaliyyəti göz önündədir. TAU-nun tələbələrinə ikili diplom proqramını təqdim etməsi və yüksək bal limitinin təyin olunması, digər universitetlər arasında rəqabət mühitinin formalaşdırdığını göstərir. Bu, digər universitetlərin ikili diplom proqramına qoşulmasını və yaxud da daha keyfiyyətli tədris təqdim etmələrini qaçılmaz edir. Əks halda Türkiyə-Azərbaycan Universiteti reytinqdə ilk pillədə dayanacaq".



Oxşar Xəbərlər

Xəbər lenti