Bütün tələbələrin nəzərinə! Oktyabrın 15-dən etibarən...


Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.

Sozcu.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək.

"Vahid tələbə kartı oktyabrn 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək",- deyə fonddan bildirilib.

Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA" beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.

Yeni yaradılan tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.



Oxşar Xəbərlər

Xəbər lenti