8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.Jurnalist Cavanşir Həsənli körpünün tikintisi barədə paylaşım edib.Onun sözlərinə görə, çoxdan yazmışdım ki, su basan bu tuneli tikən Xəlil Göyüşov, övladları Ramiz və Rüfət Göyüşovlar o illərdə Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTEL-ini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb.Qeyd edək ki, sözügedən şirkət Xəlil Göyüşov tərəfindən 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub. Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə isə 2019-cu ildə başlanılıb.Bu layihələrə misal çəksək keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. aiddir.