18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Beyləqan rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Rayonun kənd və qəsəbələrində təşkil olunan ağacəkmə aksiyaları ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və yaşayış məntəqələrinin daha da gözəlləşdirilməsi məqsədi daşıyır.
Növbəti ağacəkmə aksiyası Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gödəklər kəndinin giriş hissəsində keçirilib. Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, aidiyyəti dövlət qurumlarının nümayəndələri, rayon icra hakimiyyəti aparatının əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Aksiya zamanı ərazinin iqlim şəraitinə uyğun müxtəlif növ ağac tingləri əkilib, yeni yaşıllıq zolağı salınıb. Əkilən tinglərin gələcəkdə ətraf mühitin sağlamlaşdırılmasına, havanın keyfiyyətinin yaxşılaşdırılmasına və kəndin ekoloji görünüşünün zənginləşməsinə mühüm töhfə verəcəyi bildirilib.
Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aidiyyəti şəxslərə əkilən ağaclara mütəmadi qulluq göstərilməsi, suvarılmasının təmin edilməsi və yaşıllıqların qorunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.
Rayonda həyata keçirilən bu cür aksiyalar sakinlər tərəfindən rəğbətlə qarşılanır və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Sozcu.info