26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycanda hərbi sahədə rüşvət alma və rüşvət vermə cinayətləri azalıb.
Sozcu.info xəbər verir ki, bunu Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341-ci maddəsi) 77,8% və Rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb.