Binəqədidə “Motodrom” adlanan sahə yanır


Binəqədidə “Motodrom” adlanan sahə yanır.

Bu barədə Sozcu.info-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Oxşar Xəbərlər

Xəbər lenti