Məmur özbaşınalığından səfirə şikayət edildi -Foto

Milliyətcə gürcü olan Azərbaycan vətədaşı, 69 yaşlı Maqaldadze Nina Viktorovna redaksiyaya müraciət edib. Müraciətində Nina Maqaldadze özünü Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim edən Toğrul  Fərzəliyevin zorakılığına məruz qaldığından bəhs edir. Xanım Maqaldadze Toğrul Fərzəliyevin bəzi yüksək vəzifəli məmurlarla yaxın qohumluq əlaqələrindən sui-istifadə edərək onu həbs etdirəcəyi ilə bağlı hədələdiyini də bildirib. Məmur özbaşınalığından səfirə müraciət edən Nina Maqaldadze məruz qaldığı zorakılıq və məmur özbaşınalığı ilə bağlı onun şikayətinin Azərbaycan hüqüq mühafizə orqanlarının  qarşısında qaldırmasını istəyir.

İlkin araşdırmamaıza görə, şikayətdə adı keçən Toğrul Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qardşaı oğlu,başqa bir yüksək çinli məmurun kürəkənidir. Görünür, Nina Maqaldadzenin Gürcüstanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeyə müraciətində Toğrul Fərzəliyevin bəzi yüksək vəzifəli məmurlarla yaxın əlaqələri ilə bağlı ifadəsi də buna işarədir. 

Mövzunun aktuallığını nəzərə alaraq, diqqətdə saxlamağa çalışacağıq. Qarşı tərəfin və adları keçən dövlət qurumlarının və vəzifəli şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti