22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.
Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.