Dünən, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən, hər il 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Beyləqan rayonunda geniş tərkibli tədbir keçirilib.
Sozcu.info xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları və rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əziz Əzizov iştirakçıları təbrik edib, dövlət qulluğunun əhəmiyyətindən, dövlət qulluqçularının məsuliyyətli və şərəfli fəaliyyətindən danışıb. O, çıxışında həmçinin Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mühasibi-sektor müdiri Yeganə İzzət qızı Abbasovanın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmasını xüsusi qeyd edib, bunun dövlət qulluqçularına göstərilən yüksək diqqət və etimadın bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər – Beyləqan Rayon Prokuroru Ramazan Hadıyev, Mİl-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan nümayəndəsi Məhəmməd Qələndərov, Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, SXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Beyləqan rayon komitəsinin sədri Elvin Məmmədov və digər çıxışçılar da dövlət qulluqçularına peşə bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, bu sahədə çalışan insanların vəzifə borcunu layiqincə yerinə yetirməsinin əhəmiyyətindən bəhs ediblər.
Daha sonra 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Tədbir Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yekun nitqi ilə başa çatıb. O, bütün dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib.