Dünən, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai maarifləndirmə tədbirləri çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsi bu gündən etibarən “1 sual – 1 cavab” adlı yeni rubrikaya start verir.
Rubrikanın əsas məqsədi vətəndaşların yol hərəkəti ilə bağlı gündəlik həyatlarında qarşılaşdıqları suallara aydınlıq gətirmək, mövcud qaydaları daha əlçatan və başa düşülən formada izah etməkdir.
Sosial şəbəkələr üzərindən ünvanlanan çoxsaylı suallar ümumiləşdirilərək rubrika çərçivəsində mütəmadi şəkildə cavablandırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bu rubrikanı izləməyə və yol hərəkəti ilə bağlı suallarını ünvanlamağa dəvət edir.
Unutmayın: Qaydaları bilmək – həyatınızı qorumaq deməkdir!
Hurriyyet.az