Azərbaycanlı şairin küçədə meyiti tapıldı


Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.

Bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallının Göyçöl kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir sıra qəzetlərlə əməkdaşlıq edib. \\Qafqazinfo



Oxşar Xəbərlər

Xəbər lenti