Soydaşımız Rusiyada deputat seçildi

Sozcu.info xəbər verir ki, azərbaycanlı Bəhruz Əli oğlu Hümbətov Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk Şəhər Dumasının 25 saylı dairəsinin deputatı seçilib. O, rayon seçicilərinin 56 faizinin səsini toplayıb.
Bəhruz Hümbətov 1978-ci il niyabrın 26-da Gürcüstanın Dmanisi rayonunun Ormaşen kəndində dünyaya gəlib. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik Fakültəsində təhsil alıb.
Dünən Rusiya ərazisində ümumi səsvemə keçirilib. Ölkənin 21 subyektində  qanunvericilik və bələdiyyə orqanlarının deputatlarının və rəhbər şəxslərinin seçkiləri keçirilib.



Oxşar Xəbərlər

Xəbər lenti