"Gürcüstan Ukraynanın taleyini yaşamayacaq"

Sozcu.info TASS agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze 2014-cü ildə Ukraynada Maydan hərəkatı kimi tanınan etiraz aksiyalarının xarici kəşfiyyat orqanları tərəfindən maliyyələşdirildiyini bəyan edib.
Kobaxidze deyib: "Maydanı xüsusi kəşfiyyat orqanlarının maliyyələşdirdiyini və bunun Ukrayna üçün nə ilə nəticələndiyini bilirsiniz. Ukrayna dövləti məhv edildi".
Onun sözlərinə görə, oxşar müdaxilə cəhdləri Gürcüstanda da qeydə alınıb və oxşar ssenarinin respublika daxilində baş verməməsi üçün ölkə hakimiyyəti əlindən gələni edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti