“Azəravtoyol” şirkəti 5 ildir işçilərin maaşını vermir - ŞİKAYƏT


Binəqədi rayonu, 28 May Qəsəbəsində yaşayan ikinci qrup Qarabağ əlili Həsənov Qurban İsa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 5 ildir “Azəravtoyol” şirkətindən zəhmət haqqını ala bilmir:

“Mən, Həsənov Qurban İsa oğlu, bildirim ki, Ələtdə yerləşən “Azəravtoyol” şirkətində işləmişəm. Tikinti briqadam var idi. İşi təhvil versək də, 5 ildir pulumu ala bilməmişəm. Məcbur qalıb, işçilərin pullarını özüm vermişəm.

Müdirimiz Əli adlı çəxs idi. “Azəravtoyol” şirkətinin tikinti işlərinə Bakıdan Yevlax şəhərinə qədər Əli müəllim rəhbərlik edirdi.

3 ay ərzində, demək olar ki, hər gün 140 km yol gedib-gəlmişəm. 4 min 200 manat pul verməlidirlər. İndiyədək ala bilmirəm.

Onu da qeyd edim ki, Əli müəllimin kürəkəninə min yüz manat borcum var. Bir yerdə işləmişik. Lakin puıumu ala bilmədiyim üçün onun borcunu da qaytara bilmirəm.

Əli müəllimin arxasında böyük vəzifəli şəxslər durur. Bu səbəbdən, rahat şəkildə işçinin haqqını tapdalayır. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, pulumun verilməsi üçün mənə kömək edilsin. Haqqım olanı istəyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı çəkilən şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 



Oxşar Xəbərlər

Xəbər lenti