"TikTok"da "qara pullar" necə yuyulur? — Qalmaqallı AÇIQLAMA

TikTok”da qazanılan vəsait sahibkarların bank hesabına köçürülür. Əgər bu, sahibkar hesabına köçürülürsə, aydındır ki, vergi orqanı həmin əməliyyatı avtomatik görəcək və zəruri vergiləri tətbiq edəcək. Banklar hər ay sahibkarların hesabları barədə məlumatı Vergilər Xidmətinə təqdim edirlər, buna görə də bu proses şəffaf olur”.

Hurriyyet.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, əgər vəsait sahibkar hesabına deyil, adi fiziki şəxsin bank hesabına köçürülürsə, bu halda vəziyyət fərqlənir:

"Formal olaraq, bu əməliyyat barədə vergi orqanına avtomatik məlumat getmir. Vergi orqanı yalnız xüsusi sorğu əsasında bankdan məlumat ala bilər, bu isə prosesi çətinləşdirir. 

Məsələn, vergi orqanı soruşa bilər ki, həmin vəsaitin mənbəyi nədir. Şəxs isə cavab verə bilər ki, bu, dostum və ya tanışım tərəfindən göndərilib, yaxud kiməsə borc vermişdim, o da borcunu qaytarıb. Belə halda vergi orqanı sübut edə bilmədiyi üçün həmin məbləği birbaşa biznes fəaliyyəti kimi qəbul etməkdə çətinlik çəkəcək".

Vəkil bildirib ki, yalnız o halda vergi tədbiri görülə bilər ki, şəxs özü vergi orqanına müraciət edib izahat versin və gəlirin kommersiya məqsədli olduğunu etiraf etsin:

"Əks halda, vergi orqanı bu əməliyyatı sübuta yetirməkdə çətinlik yaşayacaq".

Qeyd edək ki, “Miss Azərbaycan-2019” Səmra Hüseynovanın “Tik-Tok”da atılan “qara pullar”la bağlı səsləndirdiyi fikirlər sosial mediada böyük müzakirələrə səbəb olub. 



Oxşar Xəbərlər

Xəbər lenti