Səbaildə memarlıq abidəsinə müdaxilə: “İcra hakimiyyəti bunu niyə görmür” – Memar


Memar Elçin Əliyev Səbail rayonunda dövlət tərəfindən qorunan memarlıq abidəsinə edilən kənar müdaxiləni ictimailəşdirib.

Sozcu.info-nun məlumatına görə, memar bildirib ki, şəhərin mərkəzində memarlıq abidəsinə müdaxilə edilir, ancaq heç bir aidiyyəti qurum, xüsusilə Səbail rayon İcra Hakimiyyəti bunun fərqində deyil:

“Həsən Seyidbəyli adına küçə ilə gedirəm və görürəm ki, dövlət tərəfindən qorunan memarlıq abidəsinin daxili fasadında tələsik şəkildə yeni qanunsuz çıxma balkon quraşdırılır! Yenə də bütün rəsmi qurumlar bunu görmür və sanki kor olublar! Bəs rayon İcra Hakimiyyətinin nümayəndələri haradadır?!”.

Xatırladaq ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur. O, 2018-ci ildən Səbail rayonuna başçılıq edir.

Səbail rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz alındı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Tribuna.az)



Oxşar Xəbərlər

Xəbər lenti