23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: "Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib".//Report