8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Müğənni Vəfa Şərifova bir müddət əvvəl səsləndirdiyi “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam!” fikirlərinə aydınlıq gətirib.
Sənətçi sözlərinin yanlış anlaşıldığını bildirib.
Aparıcı Tarix Əliyevin “Səmimi” adlı “YouTube” verilişində danışan ifaçı bu ifadənin şəxsi həyatına aid olduğunu vurğulayıb.
O qeyd edib ki, demək istədiyi fikir fərqli yozulub:
“Demək istəyirdim ki, insanların həyatında müxtəlif hadisələr olur, mənim həyatımda isə yalnız bir insan olub. Hamı bunu başıma vururdu”. (Yeni Sabah)