Əlilin torpağını əlindən necə aldığını Gültəkin Hacıbəylinin yadına saldılar

 

Gültəkin Hacıbəyli özünün "Facebook” səhifəsində 10 il əvvəl cənab İlham Əliyevi dəstəklədiyinə və bu gün fərqli düşündüyünə görə hücuma məruz qaldığı ilə bağlı fikirlər yazıb. Onun sözlərinə görə, onu siyasi mövqeyini dəyişdiyinə görə qınayanlar "Facebook”da fəaliyyət göstərən, saxta, adı, soyadı dəqiq olmayan "trollar dəstəsidir".

Gültəkin Hacıbəylinin bu statusuna öz "Facebook” profili ilə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib ki, Gülətkin Hacıbəyli deputat olduğu dövrdə onun təmsil olunduğu Abşeron rayonun bələdiyyəsindən 12 sot torpaq alıb:

"Gültəkin xanım, yadınıza düşür, 2008-ci ildə Mehdiabad bələdiyyəsinə gəlmişdiniz? Həmin illərdə mən Mehdiabad bələdiyyəsi sədrinin müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb - bələdiyyəyə gəlib, iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. "Əlillər” massivindən aldığınız torpağı xatırladınız?! Uca səslə deyirdiniz ki, mən millət vəkiliyəm. Prezident seçkilərində İlham Əliyevin vəkili olmuşam! İndi kimə troll deyirsiniz?! Cəsarətiniz çatırsa, cavab verin! Qorxaq kimi rəyimi silməyi bacarırsınız. Kimsə, sizə şər-böhtan atmır. Keçmişinizi xatırladıb, bilmək istəyirlər ki, cənab İlham Əliyevi dəstəkləyəndə səmimi idiniz, yoxsa indi Əli Kərimlinin yanında dayananda?!”.

Niyaməddin Orduxanlının bu rəyinə qarğışla cavab verən xanım siyasətçi deputat olduğu zaman həqiqətən də Abşeron rayonundan torpaq aldığını boynuna alıb:

"Yalan deyənin yeddi arxa dönəninə lənət etsin! Mən və ailə üzvlərimiz öz halal pulumuzla (pulu bələdiyyə sədrinə vermişik, özü də bizi aldadıb, baha satdığını sonra öyrəndik) torpaq almışıq. Biz hara deyirdik, sədriniz ora gəlirdi. Rəsmi sənədləri də yenə sədriniz düzəltdi. Yəqin müavin kimi həmin puldan sizə də çatıb".

Bundan sonra Niyaməddin Orduxanlı Gültəkin Hacıbəylinin necə yalan danışdığını sübut edib:

"Kim yalan danışırsa, min lənət olsun! Yaxşı-yaxşı xatırlayın. Hansı axmaq bələdiyyə sədri deputatdan pul istəyərdi?! O zaman adını açıqlayın! Kimə və nə qədər pul vermisiniz?! Özünüz boynuza alırsınız ki, deputat kimi bələdiyyə sədrinə rüşvət vermisiniz! Mən sizin yadınıza salaram! Mehdiabad qəsəbəsində "Əlillər” masivindən qopartdığınız torpağından qonşunuz olan, 1-ci qrup əlil Vüqar Süleymanovun ərazisinin bir hissəsini zəbt etmişdiniz. Qardaşının müdaxiləsindən sonra hasarınızı geri çəkdiniz! Kim böhtan atırsa şərəfsizdir! Torpağın arxasınca özünüz gəlmişdiniz! Mənim otağımda görüşümüz yadınıza düşür?! Bu faktı mən sizə hələ deputat olanda, 2007-ci ildə Qubada keçirilən tədbirdə üzünüzə demişəm. 50 nəfərin yanında. O tədbirdə bələdiyyələri "yığıb” sürüdüz və mən də durub üzünüzə dedim ki, belə olmur Gültəkin xanım! İclaslarda bələdiyyələri ittiham edib, səhər qapsını kəsdirib torpaq almırlar! Hər kəs mənim bu fikirimi təsdiq edə bilər. Bu gün 50 nəfərin hər biri sağdır! İstəyirsiniz, o adamları bu statusunuza tag edim? Digər tərəfdən, siz izah edin görək, 2 nəfər ailə üzvünüz ola-ola "Əlilər” Masivində 12 sot torpağı niyə alırdınız? Sizin haranız əlil idi ki, məhz əlilərə nəzərdə tutulan torpaq sahəsini götürdüz?! Bütün bunları ona görə yazdım ki, siz deputat olanda sui-istifadələrə yol verirdiniz! İndi kimə turoll deyirsiniz?! Deyə də bilmərsiniz!”

Özünün ifşa olduğunu görən Gültəkin Hacıbəyli aldığı torpağı bələdiyyə sədrindən deyil, tamam başqa adamdan götürdüyünü yazıb:

"Rüşvətə gəlincə, biz rüşvət verməmişik. Sədriniz dedi ki, bu torpağı bir nəfər alıb, indi hissə-hissə satır”.

Niyaməddin Orduxanlı cavabında onun gülünc vəziyyətə düşdüyünü xatırladıb:

"Gültəkin xanım, yalançının yaddaşı olmur deyirlər. Bu dəqiqə yüzlərlə, minlərə adam sizə gülür. Bir saat qabaq yuxarıdakı rəyinizdə yazmışdınız ki, bələdiyyəyə pul vermisiniz və o puldan bələdiyyə sədri müavin kimi mənə də verib. Danışdıqca batırsınız! Görürsünüz, fakt qarşısında qalanda özünüzü itirirsiniz və nə danışıdığınızın fərqində deyilsiniz. Ona görə də, insanların sizin keçmişinizi xatırlatmağını normal qarşılayın və özünüzün keçmişinizi unutmayın!”. (aktual.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}