8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya və Belarusun müdafiə nazirləri Sergey Şoyqu və Viktor Xrenin Minskdə Rusiya nüvə silahlarının Belarus ərazisinə saxlanması ilə bağlı saziş imzalayıblar.Sozcu.info xəbər verir ki, bu barədə Belarus müdafiə Nazirliyi məlumat yayıb."Görüş zamanı Rusiyaya məxsus qeyri-strateji nüvə silahlarının Belarus Respublikası ərazisindəki xüsusi anbarda saxlanması qaydasını müəyyən edən sənədlər imzalanıb", - nazirliyin mətbuat xidmətindən bildirilib.Şoyqu qeyd edib ki, Rusiya və Belarus tərəfindən həyata keçirilən tədbirlər bütün mövcud beynəlxalq hüquqi öhdəliklərə uyğundur.Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin martın 25-də bildirmişdir ki, Rusiya Belarus tərəfinin xahişi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində etdiyi kimi, öz taktiki nüvə silahlarını respublikada yerləşdirəcək.