7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
“Kızılcık Şerbeti” serialında canlandırdığı Işıl obrazı ilə tanınan məşhur aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb.
Məhkəmə-Tibb Ekspertizası Qurumunun hesabatına əsasən, 35 yaşlı aktrisanın ölüm səbəbi alkoqol zəhərlənməsi olub.
Məlumata görə, Ece İrtem iyunun 15-də səhhətində yaranan problem səbəbilə həyatını itirib. Onun ölümü ilə bağlı araşdırma zamanı müxtəlif ehtimallar, o cümlədən Taylanda səfəri zamanı meymun hücumuna məruz qalması və bunun nəticəsində sepsis yaranması ehtimalı da araşdırılıb.
Aktrisanın vəkili Uğur Gökkoyunun istintaqa təqdim etdiyi müraciətdə İrtemin səfər zamanı xəsarət almış ola biləcəyi qeyd edilib. Lakin aparılan ekspertizanın yekun rəyində ölümün əsas səbəbinin alkoqol zəhərlənməsi olduğu göstərilib.
Ece İrtem kimdir?
1991-ci il yanvarın 5-də Sivasda anadan olan Ece İrtem Yaşar Universitetinin Opera və Şan fakültəsini bitirib, daha sonra aktyorluq təhsili alıb.
O, 2014-cü ildən televiziya layihələrində rol almağa başlayıb. Aktrisa Kaçak Gelinler, O Hayat Benim, Yeni Gelin, Payitaht Abdülhamid, Bay Yanlış, Mahkum və Yasak Elma kimi ekran işlərində çəkilib.
Ece İrtem son illərdə “Kızılcık Şerbeti” serialında canlandırdığı Işıl obrazı ilə geniş tamaşaçı auditoriyasına tanınmışdı.//Demokrat.az