Bu ərazilərdə qaz olmayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI


Sabah Yevlax və Bərdə rayonlarının bəzi kəndlərinin təbii qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Sozcu.info bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 9-da saat 09:00-dan işlər yekunlaşanadək Yevlax rayonunun Malbinəsi, Qoyunbinəsi, Qaraməmmədli, Qaramanlı, Hacımahmudlu, Nurallar, Dəlləklər, Nəmərli, Köyük, Rüstəmli, Kövər, Kolanı kəndlərinin və həmçinin Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



Oxşar Xəbərlər

Xəbər lenti