Abşeronda marşrut avtobusu qadını vururaq öldürdü

Abşeronda marşrut avtobusu qadını vururaq öldürdü

 

Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatına görə, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi "İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}