Göygöldə bir nəfərin minaya düşməsinin təfərrüatı açıqlandı

İyulun 14-də, saat 21.00 radələrində bir nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Göygöl Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən “Bənövşəli yaylağı” adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.


Oxşar Xəbərlər

Xəbər lenti