Barselonada hoteldə güclü partlayış oldu

İspaniyanın Barselona şəhərində güclü partlayış olub.
Sozcu.info “El Periodico”ya istinadən xəbər verir ki, hadisə “Petit Palace” adlı hoteldə, Bokeriya bazarının yaxınlığında baş verib. 
Kataloniya polisinin öz rəsmi tvitter hesabında yaydığı məlumata görə, partlayış nəticəsində ağır yalanan olmayıb. Binanın konstruksiyasına isə zərər dəyməyib. 
Hazırda regional polis insidentlə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları hadisənin terror aktı olduğunu düşünməsə də, bu variantı istisna etmir. Bildirilir ki, hazırda hotelin içərisindəki insanlar təxliyyə edilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}