Qaçırılmış Ukrayna təyyarəsini əfqan xəzəreylər satın alıblarmış – KİV

Guya Əfqanıstandan İrana qaçırılmış Ukrayna təyyarəsi əfqan qaçqınlar tərəfindən satın alınıbmış.
Bu barədə avqustun 24-də «Strana.ua» nəşri özəl mənbələrinə istinadla xəbər verib.
Nəşr xəbər verir ki, təyyarəni əfqan biznesmenlər satın alıblarmış və ailələri ilə birlikdə həmin təyyarə ilə İrana yola düşüblər. Qeyd olunur ki, təyyarəni xəzəreylər satın alıblar.
Xəzəreylər Əfqanıstanın ən çoxsaylı şiə xalqıdır və İrana oriyentasiya edirlər. Xəbər verilir ki, xəzəreylər təyyarə üçün valyuta, qızıl və zinət əşyaları ilə hesablaşıblar. İnformasiya var ki, Kabil aeroportundan Ukrayna təyyarələri ilə daşınan əfqan qaçqınlarının əksəriyyəti özünə təyyarənin göyərtəsində yer alır ki, bu da mahiyyət etibarilə qanunsuzdur.


Oxşar Xəbərlər

Xəbər lenti