Əfqan təyyarəsi Özbəkistanda qızaya uğrayıb - Müdafiə Nazirliyi

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Özbəkistanda qəzaya uğraması təsdiqləndi.
Sozcu.info "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Özbəkistan Müdafiə Nazirliyinin sözçüsü Bəhrom Zülfikarov bildirib.
Onun sözlərinə görə, təyyarə ölkənin hava sərhədini pozaraq Surxandərya vilayətinin ərazisinə düşüb.
Bundan əvvəl internetdə Əfqanıstan Hərbi Hava Qüvvələrinin qəzaya uğradığı iddia edilən təyyarəsinin hissələrini əks etdirən fotoşəkillər və video görüntülər yayılıb.
Hadisənin avqustun 15-də Surxandərya vilayətinin Şerabad rayonunda baş verdiyi, Əfqanıstan hökumət qüvvələrinin bir hərbçisinin yaralandığı bildirilib. 


Oxşar Xəbərlər

Xəbər lenti