Piyadanı vurub qaçan sürücü saxlanıldı

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.info-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}