Bakıda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə edildi

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və çıxış kabeli 5 p.m yanıb.
Sozcu.info  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxşar Xəbərlər

Xəbər lenti