Yasamalda DƏHŞƏTLİ QƏZA: 5 avtomobil toqquşdu – FOTOLAR

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində, 3 saylı Asan Xidmət Mərkəzinin yaxınlığında zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Sozcu.info-un proses.az-a istinadən verdiyi xəbərə görə, qəzaya 10DY675 nömrə nişanlı “Toyota Prius” markalı minik avtomobili səbəb olub. Belə ki “Toyota Prius” yolda geriyə dönmə əməliyyatı üçün gözləyən 4 avtomobili – “Mersedes C klass”, “Toyota Carolla”, “Ford Transit” və “Hundai Accent”-i arxadan vurub. Nəticədə həmin 4 avtomobilə və “Toyota Prius”a ciddi zərər dəyib.
Hadisə yerinə Yasamal rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırma aparılır.
İlkin ehtimala görə  “Prius”un sürücüsü havanın yağışlı olmasını nəzərə almayaraq yüksək sürətlə hərəkət edib, qəzaya da səbəb bu olub.







Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}