TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi: Meğri istiqamətində NƏ BAŞ VERİR?


Zəngəzur dəhlizi istiqamətində, xüsusilə Ermənistanın Meğri bölgəsində Rusiya sərhədçilərinin iştirakı ilə reallaşdırılan son hərəkətlilik regionda daxili və xarici auditoriyanın diqqətini cəlb edib. Sosial şəbəkələrdə yayılan bəzi iddialardan sonra məsələnin pərdəarxası təfərrüatlarına aydınlıq gətirilib.

Sozcu.info NOCOMMENT.az-a istinadən xəbər verir ki, Kremlə yaxın erməni KİV-lərinin yaydığı rəsmi məlumata görə, ərazidə hər hansı qeyri-qanuni reydlər keçirilmir. Söhbət birbaşa olaraq Meğri sərhəd dəstəsinin və Rusiya hərbçilərinin iştirakı ilə öncədən qrafiki müəyyən edilmiş planlı təhlükəsizlik tədbirlərindən gedir.

Bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində Rusiya sərhədçilərinin Ermənistan və Avropa İttifaqının (Aİ) mülki müşahidə missiyasının üzvləri də daxil olmaqla, xarici vətəndaşların Meğri istiqamətində sərbəst hərəkətinə qanunsuz mane olduğu, bəzi şəxslərin saxlanılaraq dindirildiyi barədə kəskin məlumatlar yayılmışdı. Lakin rəsmi mənbələrin bildirdiyinə görə, Nrnadzor kəndinin sərhəd zolağında hərəkət tamamilə Ermənistanın dövlət sərhədi haqqında qanunu və Ermənistan-Rusiya arasında qüvvədə olan rəsmi dövlətlərarası sazişlə tənzimlənir. Həmin xüsusi mühafizə olunan əraziyə giriş yalnız xüsusi dövlət buraxılış sənədi ilə mümkündür. Pepperoni pizza

Müvafiq buraxılış sənədi olmadan zonaya daxil olmağa cəhd edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunur və onlara pul cəriməsi tətbiq edilir. Qeyd olunur ki, nəqliyyat vasitələrinə baxış və sənədlərin yoxlanılması prosesi bilavasitə Meğri sərhəd dəstəsində müqavilə əsasında xidmət aparan Ermənistan vətəndaşları tərəfindən icra edilir. Aşkar olunmuş qayda pozuntularına görə cərimələrin rəsmiləşdirilməsi isə tamamilə Ermənistanın yerli hüquq-mühafizə orqanlarının səlahiyyətindədir.



Oxşar Xəbərlər

Xəbər lenti