Goranboyda qəza: Maşın 14 yaşlı qızı vurdu

Goranboyda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sozcu.info-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Rəhmanova Mədinə Samir qızını yolu keçərkən vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alın sümüyünün sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}