Bakıda dəhşətli hadisə baş verib

Bakı daha bir səhəri qanlı xəbərlə açdı.
Sozcu.info xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}