Gəncədə 47 yaşlı kişi dərmandan zəhərlənərək ölüb

Gəncədə dərmandan zəhərlənən 47 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.
Sozcu.info-nun Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini K.Hacıyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
K.Hacıyevin dərman preparatlarından zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}