Bayram günlərində 142 nəfər zəhərlənib: 1 qadın ölüb

Bayram günlərində, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. 
Mərkəzin Mətbuat xidmətindən Sozcu.info-ın sorğusuna cavab olaraq verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 
Rəsmi məlumata görə, xəstəxanaya yerləşdirilən 13 nəfərdən 5-i qadın, 3-ü ki, 5-i uşaqlardır. Onlardan 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, bir qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.
Bildirilib ki, müraciət edən digər 36 nəfərdə zəhərlənmə faktı qeydə alınmayıb.


Oxşar Xəbərlər

Xəbər lenti