İspaniyada qatarlar toqquşub, 1 nəfər ölüb, 90 nəfər yaralanıb FOTO

İspaniyada iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə “Report” yerli “Cadena SER” radiostansiyasına istinadən xəbər verir.
Məlumata görə, hadisə Barselonadan 14 kilometr kənarda yerləşən “Sant Boi de Llobregat” stansiyasında qeydə alınıb. Yük qatarı ilə şəhərətrafı qatarın toqquşması zamanı 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

Qəza nəticəsində ölən şəxs şəhərətrafı qatarın maşinistidir. Hadisədən sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.
Rəsmilər qəzanın səbəbləri ilə bağlı araşdırmaların aparıldığını bildiriblər.
İspaniyanın Baş naziri Pedro Sançes sosial media hesabındakı açıqlamasında qəzada həlak olan sürücünün ailəsinə başsağlığı verib.
***
İspaniyanın San Boy-de-Loberqat yaşayış məntəqəsi yaxınlığında yük qatarı reysdən çıxaraq sərnişin qatarı ilə toqquşub.
APA-nın xəbərinə görə, qəza nəticəsində 90-dək sərnişin xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Yük qatarının maşinisti hadisə yerində ölüb.
2ba39a03-cf2e-3eeb-9d42-e8a8f03c8e9a.jpg (76 KB)


Oxşar Xəbərlər

Xəbər lenti