Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub - Ondan artıq yaralı var + FOTO/VİDEO

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var. APA-nın yerli bürosu xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Hyundai” markalı mikroavtobus “Hyundai Santa Fe” minik avtomobili ilə toqquşub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində ümumilikdə 16 nəfər yaralanıb. Yaralılardan 9 nəfəri xəstəxanaya yerləşdirilib, 7 nəfərinə ambulator xidmət göstərilərək evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən 3 nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, “Hyundai” markalı mikroavtobus Xaçmaz rayonundan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}