23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Sozcu.info-nun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax rayonunun Qarxun kəndi istiqamətindən keçən hissəsində baş verib.
Belə ki, Goranboy rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı mikroavtobus traktorla toqquşub. Qəza nəticəsində 10-dan çox şəxs yaralanın. Onlar 1965-ci il təvəllüdlü Qəşəm Məmmədov, 1984-cü il təvəllüdlü Abbas Abbasov,1980-ci il təvəllüdlü Cingiz Hüseynov, 1981-ci il təvəllüdlü Zaur Kərimov, 2000-ci il təvəllüdlü Ayxan Rzazadə, 1970-ci il təvəllüdlü Yeganə Daşdəmirova, 1998-ci il təvəllüdlü Ülvi Allahverdizadə, 1970-cı il təvəllüdlü Gündüz Hüseynov, 1986-cı il təvəllüdlü Aynurə Quliyeva və onun 1979-cu il təvəllüdlü bacısı Süsən Rzayeva, eyni zamanda 2004-cü il təvəllüdlü Bəylər Rzayevdir.
Faktla bağlı araşdırma aparılır.